Oktyabrın 4-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman) təsisatı ilə Bəhreyn Krallığının Müstəqil Ombudsman Təsisatı arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, tərəflər arasında Anlaşma Memorandumunun imzalanması mərasimində hər iki qurumun nümayəndə heyətləri iştirak edib.
Memorandumun əsas məqsədi qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əlaqələrin gücləndirilməsi, birgə təlim və tədqiqatların təşkili, informasiya mübadiləsinin və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir. Eləcə də digər istiqamətlərdə əməkdaşlıq etmək də Memorandumun məqsədlərinə daxildir.