Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb

4 Oktyabr 2024 15:42 (UTC+04:00)

Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. SİA xəbər verir ki, milli üzvü 81 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb.

S.Şükürov Mixaylo Simin (Serbiya), Senq-Min Kim (Koreya) və Coşua De Lanqı (Niderland) məğlub edərək yarımfinala yüksəlib. Burada Jianq Nan Vanqa (Çin) uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə Muhammad Yusufzodanı (Tacikistan) üstələyib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı ilk medaldır.