Qəzzada ölənlərin sayı 41 min 802-yə yüksəlib

4 Oktyabr 2024 15:32 (UTC+04:00)

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 802, yaralıların sayı isə 96 min 844-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 364 gündür Qəzza zolağında qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 14 fələstinlinin həyatını itirdiyi, 50 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin ümumi sayının 41 min 802, yaralı sayının isə 96 min 844-ə yüksəldiyi qeyd edilib.