Abdulla Gülün xanımını İngiltərədə qarət ediblər

4 Oktyabr 2024 14:41 (UTC+04:00)

Türkiyənin sabiq Prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gülü İngiltərədə qarət ediblər. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, hadisə sentyabrın 13-ü baş verib. İngiltərəyə gedən cütlük Türkiyəyə qayıdan zaman H.Gülün çantası polis tərəfindən oğurlanıb. İddianı Abdulla Gülün mətbuat müşaviri Birol Avşar da təsdiqləyib. O bildirib ki, hadisə Gül ailəsi İngiltərədən çıxarkən baş verib. Çantada avro və funt-sterlinq olub. Hadisə ilə əlaqədar İngiltərə və Türkiyə səfirliklərinə məlumat verilib. Onların məsələ ilə yaxından maraqlandığı bildirilir.