Azərbaycanın azad edilmiş ərazilərində istehsal edilən ilk məhsul olan “İstisu”nun Belarusda təqdimatı olub. SİA-nın xəbərinə görə, təqdimatda Azərbaycanın Baş naziri Əli Əsədov, Belarus Respublikasının Baş naziri Roman Qolovçenko iştirak edib.
Azərbaycan və Belarusun müvafiq şirkətləri arasında Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”-nun bu ölkəyə ixracı ilə əlaqədar niyyət protokolu imzalanıb.