İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Cəbrayıl şəhərində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Cəbrayıl şəhərinə köçürülən sakinlərdən artıq 29 nəfər münasib vakansiyalar üzrə işlə təmin edilib.