İtaliya 178 vətəndaşını Livandan təxliyə edib

4 Oktyabr 2024 13:28 (UTC+04:00)

İtaliya 178 vətəndaşını Livandan təxliyə edib. SİA xəbər verir ki, italiyalılar Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəstəyi ilə Beyrutdan Romanın “Fiumicino” hava limanına təşkil olunan çarter reysi ilə gəliblər.

Nazirlik bir daha İtaliya vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb. Livanda çalışan italiyalıların sayının 300-dən çox olmadığı bildirilib.