Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub - FOTOLAR

4 Oktyabr 2024 13:24 (UTC+04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov Belarusun yük, xüsusi və sərnişin nəqliyyat vasitələrinin hazırlanması və istehsalı üzrə aparıcı müəssisələrindən biri olan “Minsk Avtomobil Zavodu” ASC-də olub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədova holdinqin yaranma tarixi haqqında məlumat verilib, həmçinin Baş nazir istehsal sexləri və Minsk Avtomobil Zavodunun istehsal etdiyi məhsulların çeşidi ilə tanış olub.