Günəş tutulmasının atəş halqası yaratdığı anlar

4 Oktyabr 2024 12:42 (UTC+04:00)

Cənubi Amerika ölkəsi Peruda baş verən Günəş tutulması alov halqası yaradıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı Cənubi Amerika ölkələrində "atəş halqası" adlanan Günəş tutulması baş verib. Tutulma zamanı Ay Günəşin 90 faizini əhatə edib, qalan hissədə isə od halqasını xatırladan nazik və parlaq halqa əmələ gəlib.

Peru, Çili, Argentina, Boliviya, Braziliya, Paraqvay və Uruqvayda müşahidə edilən Günəş tutulması vizual şənlik yaradıb. Yerli vaxtla saat 14.00 radələrində başlayan və 15.30-a qədər davam edən tutulma Peruda qismən müşahidə edilib.