İsveç xarici işlər naziri pomidor hücumuna məruz qalıb

4 Oktyabr 2024 12:32 (UTC+04:00)

İsveç xarici işlər naziri Maria Malmer Stenerqard İsveç parlamentindəki çıxışından sonra kreslosuna qayıdarkən pomidorla hücuma məruz qalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra verdiyi açıqlamada Stenerqard deyib: “Sizə heç bir şey atılmadan parlamentdə müzakirə apara bilməlisiniz. Bu, demokratik danışıqların əsasıdır".

İsveç xarici işlər naziri Maria Malmer Stenerqard dünən İsveç parlamentində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının "İsrailin işğal olunmuş Fələstin torpaqlarını qanunsuz işğalına" son qoyulmasını tələb edən qətnaməsi ilə bağlı çıxış etdikdən sonra kreslosuna qayıdarkən pomidorla hücuma məruz qalıb. Hücumdan sonra Stenerqard parlamentdən qaçarkən, 3 nəfər nəzarətə alınıb.

Stenerqard hücumdan sonra verdiyi açıqlamada deyib: “Bu gün Riksdaqda baş verən hadisədən sonra göstərdiyiniz marağa görə təşəkkür edirəm. Gərək parlamentdə heç nəyi üstünə atmadan müzakirələr apara biləsən. Bu, demokratik danışıqların əsasıdır".

İsveç baş naziri Ulf Kristersson hadisə ilə bağlı araşdırma aparılmasını istəyib və parlamentdə təhlükəsizliyi təmin etmək üçün tədbir görülməsini istədiyini bildirib.