“Qəbələ” klubu qanalı futbolçu ilə yollarını ayırıb

4 Oktyabr 2024 12:35 (UTC+04:00)

“Qəbələ” klubu qanalı futbolçu Samuel Tetteh ilə yollarını ayırıb. Bölgə təmsilçisindən SİA-ya verilən məlumata görə, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin sentyabrından "Qəbələ"də çıxış edən S.Tetteh 25 matçda 3 qol vurub. O, Premyer Liqada 21 (2 qol), Azərbaycan Kubokunda 4 (1 qol) oyunda iştirak edib.