Doqquz ayda 75 mindən çox elektron arayış alınıb - DSMF

4 Oktyabr 2024 11:41 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 75 min 10 elektron arayış alınıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Həmin arayışların 22 min 791-i pensiya, 32 min 851-i müavinət və təqaüd, 10 min 186-sı fərdi şəxsi hesab, 2 min 505-i ünvanlı dövlət sosial yardımı, 1162-si torpaq pay mülkiyyətçisi, 1636-sı sosial sığorta şəhadətnamə nömrəsi, 1534-ü şəhid ailəsi üzvü, 632-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 930-u sağlamlıq imkanları məhdud olan uşaqlar, 732-si əlilliyi olan şəxslərə qulluq, 51-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.