Avroliqa oyununda insident

4 Oktyabr 2024 11:36 (UTC+04:00)

Avropa Liqasının Əsas mərhələsinin 2-ci turu çərçivəsində keçirilən "Real Sosyedad" - "Anderlext" matçında (1:2) insident yaşanıb. SİA xəbər verir ki, görüş zamanı tribunalarda bir neçə xoşagəlməz hadisə qeydə alınıb. Baskoniya təhlükəsizlik departamentinin məlumatına görə, azarkeşlərdən biri hökumət rəsmilərinə hücum etdiyinə, digəri ictimai asayişi pozduğuna, başqa biri isə ətrafa zərər vurduğuna və təhlükəsizlik əməkdaşlarına müqavimət göstərdiyinə görə həbs edilib.

Qeyd olunur ki, matç zamanı belçikalı azarkeşlər yerli azarkeşlərə yad əşyalar atıblar. Xüsusilə, oturacaqlardan istifadə ediblər. Matçın sonunda “Anderlext” yaşananlara görə üzr istəyib. Klub 8 azarkeşin həbs olunduğunu elan edib.