"Azərbaycanda intellektual məhsulun alıcısı çox azdır" - MÜNASİBƏT BİLDİRİLDİ

4 Oktyabr 2024 10:55 (UTC+04:00)

“Bloggerlik sahəsi son 10-15 ildə dünyada, Azərbaycanda da 2016-2017 ci illərdən məşhurlaşıb. Texnologiya, elm sahələrində fəaliyyət göstərən blogerlər olsa da, onların sayı çox azdır. Onlar həm də izləyici sayına görə də digərlərindən geri qalır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: “3 blog sözü ingiliscədən mənası "onlayn gündəlik " deməkdir. İnsanlar daha çox başqalarının gündəlik həyatını izləməyə maraqlıdırlar. Pul faktoru – izləyici çox olsa gəlir də çox olacaq, reklam işbirlikləri alacaqlar çünki markalar ən populyar olanlarla, izləyici sayı çox olanlarla işləmək istəyirlər.

”Trendyol” Azərbaycanda məşhurlaşanda "Trendyol" reklamlarından ən çox gəlir əldə edənlər blogerlər oldu. Mətbuatda xəbərlər çıxmışdı ki, sözügedən reklamlardan ən çox pul qazanan bloger Arzu Məmmədovadır. O, bu reklamlardan aylıq 65 min gəlir əldə edir. Bu sahənin yaxşı gəliri var həm də vergisi azdır. Blogerlik də sərbəst fəaliyyət olduğuna görə qazanclarının 20 faizini gəlir vergisi kimi verməlidir.

Dediyiniz “life style” (layf stayl) blogerlik edənlər hər baxımdan rahatdılar məsələn istənilən restorana girib pulsuz yeyib içə bilirlər, əvəzində reklam edirlər beləcə “ödəşirlər”. Cəbr, həndəsə, kimya, biologiya müəllimləri maraqlı kontent yaradıb blog işlətməməsinin səbəbi isə çoxumuza məlumdur. Azərbaycanda intellektual məhsulun alıcısı çox azdır. Görünür, cəbr müəllimi bloger kimi məşhurlaşacağına çox da əmin deyil. Hələlik onun üçün 30-40 abituriyent hazırlayıb pul qazanmaq daha sərfəlidir”.

Ayşən Vəli