Yaxın Şərqdə hərtərəfli müharibənin olacağına inanmıram - Bayden

4 Oktyabr 2024 10:38 (UTC+04:00)

Yaxın Şərqdə hərtərəfli müharibənin qarşısının alına biləcəyinə əmin olub-olmadığı sualına ABŞ prezidenti Co Bayden belə cavab verib: "Tam miqyaslı müharibənin olacağına inanmıram. Düşünürəm ki, bundan qaça bilərik". SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bayden əlavə edib ki, mümkün genişmiqyaslı müharibənin qarşısını almaq olar, lakin bunun üçün görüləcək çox şey var.

Amerika qüvvələrinin İsrailə kömək üçün göndərilib-göndərilməyəcəyi ilə bağlı suala Bayden ABŞ-ın artıq İsrailə kömək etdiyini bildirib: “Biz İsraili qoruyacağıq”. Baydenin bəyanatları İranın 1 oktyabrda soyqırım törədən İsrailə qarşı atdığı ballistik raketlərdən sonra gəlib.