Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

4 Oktyabr 2024 09:50 (UTC+04:00)

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ikinci oyununu keçirəcək. SİA xəbər verir ki, U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, yığma turnirdə keçirdiyi ilk oyunda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olub.