Gədəbəy sakini atdan yıxılaraq ölüb

4 Oktyabr 2024 09:43 (UTC+04:00)

Gədəbəy rayonunda 42 yaşlı kişi atdan yıxılaraq ölüb. SİA-nın xəbərinə görə, hadisə Slavyanka kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Habil Süleymanov atdan yıxılıb və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.