Azərbaycan UEFA reytinqində bir pillə geriləyib

4 Oktyabr 2024 09:41 (UTC+04:00)

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib. SİA xəbər verir ki, ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin Il turunda İsveçin “Malmö” klubuna 1:2 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalını artıra bilməyib.

28-ci pilləyə düşən Azərbaycanın əmsalı 19,125-ə bərabərdir. Reytinq cədvəlində Azərbaycanla eyni xala malik Bolqarıstan isə bir pillə irəliləyərək 27-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (92.446) başçılıq edir.