IX tura 1 oyunla start veriləcək

4 Oktyabr 2024 09:34 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında IX tura bu gün keçiriləcək 1 oyunla start veriləcək. SİA-nın məlumatına görə, "Neftçi" səfərdə "Kəpəz"lə qarşılaşacaq.

Tovuz şəhər stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək.

"Neftçi" hazırda 5 xalla 8-ci pillədə qərarlaşıb. Geridə qalan 8 oyunun hamısında məğlub olan "Kəpəz" isə sonuncu - onuncudur.

Azərbaycan Premyer Liqası

IX tur

4 oktyabr

17:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.