Dəniz Uğur təcili əməliyat edildi

4 Oktyabr 2024 08:44 (UTC+04:00)

Məşhur aktrisa Dəniz Uğur təcili əməliyyat olunub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, pərəstişkarları aktrisanın səhhətindən narahat olarkən, onun nədən əməliyyat olduğu da məlum olub. Uğur əməliyyata girməzdən öncə etdiyi paylaşımda bir müddətdir ki, bədənində olan kistanın son 1 ildə birdən böyüdüyünü və onun artıq xoşxəssəli olmadığını açıqlayıb. O 3 gün xəstəxanada müalicə alacaq.