Moldova qaz ehtiyatlarının həcmini iki dəfə azaldacaq

3 Oktyabr 2024 21:44 (UTC+04:00)

Moldova hökuməti məcburi təbii qaz ehtiyatlarının həcmini iki dəfə – təxminən 100 milyon kubmetrdən təqribən 50 milyon kubmetrə qədər azaltmağa qərar verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Moldovanın energetika naziri Viktor Parlikov qaz ehtiyatları normasının azaldılmasının məqsədəuyğunluğunu ölkənin artıq müəyyən həcmdə qaz topladığı və bu səbəbdən “Energocom”un əlavə ehtiyatlar yaratmağa ehtiyacı olmadığı ilə izah edib.

Onun sözlərinə görə, digər səbəb Moldova ilə qonşu olan Rumıniyada qazın saxlanması üçün məhdud imkanların olmasıdır.

Qeyd olunub ki, bu həcmlər bazarda kommersiya satışı üçün ehtiyatdır. Ehtiyatları bazarda qaz alışı ilə məşğul olan dövlət şirkəti “Energocom” yaratmalıdır.