Bu dərmanların qəbulunu dayandırın...

3 Oktyabr 2024 22:43 (UTC+04:00)

…Reabilitasiya həkimi və teleaparıcı Sergey Aqapkin rusları bir qrup dərman qəbul etməyi dayandırmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya 1 kanalında "Ən vacib şey haqqında" verilişinin efirində o, multivitaminlərin təhlükələrini açıqlayı.

…Universal multivitamin kompleksləri vitamin və mikroelementlərin çatışmazlığına, başqa sözlə, ekstremal şəraitdə keyfiyyətsiz qidalanmaya cavab olaraq ortaya çıxıb. Onlar kimlər üçün hazırlanmışdır? Şimal buzlarında tərəvəz və meyvələr olmayan yerdə yaşamağa məcbur olan qütb tədqiqatçıları üçün.

Bunu deyən Aqapkinin sözlərinə görə, bu qrup dərmanların tərkibində olan vitaminlər bir-birinin sorulmasına mane ola bilər.

Aqapkin onlarda hansı maddələrin çatışmadığını öyrənmək istəyənlərə orqanizmdəki vitamin və mikroelementlərin miqdarını müəyyən etmək üçün testlərdən keçməyi tövsiyə edib. Bundan sonra həkim çatışmayan maddələri əldə etməyə kömək edəcək dərmanlar təyin edəcək, - o əlavə edib.

Nazlı Almuradova