Azərbaycan karbon bazarı ilə bağlı mexanizmləri öyrənir

3 Oktyabr 2024 20:15 (UTC+04:00)

Müasir vergi çərçivəsi elə olmalıdır ki, həm daxilolmalar, həm ətraf mühitin mühafizəsin, həm sosial hədəflər, həm də iqlim öhdəliklərini yerinə yetirə bilsin.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Paris sazişi çərçivəsində ölkələrdən üçdə ikisi milli hədəfləri müəyyən ediblər və karbon qiymətləri 2030-cu ilə qədər iqlim dəyişikliklərinin təsirlərini 32 faiz azalda bilər.

“Mitiqasiya tədbirlərində ən güclü alətlərdən biri karbona qiymət qoyulması mexanizmlərinin hazırlanmasıdır. Azərbaycanda karbona xüsusi qiymətqoyma mexanizmləri, o cümlədən effektiv qiymətqoyma alətləri mövcuddur. Karbona qiymət qoyulması üçün sistemlər üzərində işləyir və ekspressiv qiymət qoymağa çalışırıq. Azərbaycan karbona qiymətqoyma mexanizmlərini genişləndirir, mexanizmlərin həm fərdi qaydada, həm də hibrid formada genişləndirilməsi, həmçinin Milli İqlim Dəyişikliyi Strategiyası üzərində çalışırıq. Biz hələ daxili karbon bazarını yaratmamışıq. Karbon bazarı ilə bağlı çox təcrübəmiz yoxdur, lakin Dövlət Vergi Xidməti olaraq müxtəlif bazar mexanizmlərini öyrənirik”, - deyə S.Musayeva qeyd edib.