Mercedes-AMG One yeni rekorda imza atıb…

3 Oktyabr 2024 23:15 (UTC+04:00)

…Mercedes-AMG One superkarı növbəti rekorda imza atıb. Məhdud buraxılışlı avtomobil Almaniyanın məşhur Nürburqrinq trasında ən yaxşı dövrə vaxtını göstərib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Mercedes-Benz-in rəsmi saytında məlumat verilib.

Mercedes-AMG One Nürburqrinqin 20,8 kilometrlik dövrəsini 6 dəqiqə 29,09 saniyəyə qət edib.

Orta sürət 192,7 km/saat olub və bu, bütün seriyalı avtomobillər arasında ən yaxşı nailiyyətdir.

…Amma…yalnız müəyyən yarış avtomobilləri daha sürətlidir.

…Maraqlıdır ki, Mercedes-AMG One superkarı öz nailiyyətini təkmilləşdirdi, çünki 2022-ci ildə dövrəni 6 dəqiqəyə başa vurmuşdu.

Avtomobili sınaq pilotu Maro Engel idarə edib və yarış ideal hava temperaturu +15 dərəcə şəraitində keçirilib.

Xatırladaq ki, Mercedes-AMG One 2,72 milyon dollar dəyərində trek superkarıdır.

Bu kupelərdən cəmi 275 ədəd istehsal edilib. Karbon lifli Mercedes superkarı Formula 1 avtomobilindən güc qurğusu aldı: 1,6 litrlik V6 tvin-turbo və dörd elektrik mühərriki cəmi 1063 at gücünə malikdir. O, 100 km/saata 2,9 saniyəyə sürətlənir və 352 km/saata çatır, həmçinin elektrik enerjisi ilə 18 km məsafə qət edə bilir.

Nazlı Almuradova