Zəngilan rayonunda “Sarıqışlar” Su Elektrik Stansiyası istifadəyə verilib

3 Oktyabr 2024 15:50 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “Azərenerji” ASC-nin “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında iştirak edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.