İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında

3 Oktyabr 2024 15:02 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.