Fulden Uras 24-cü dəfə əməliyyat olunacaq - FOTO

3 Oktyabr 2024 14:37 (UTC+04:00)

Son 13 ildə 23 əməliyyat keçirən müğənni Fulden Uras sol döşünün cümə günü çıxarılacağını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o fikirlərində bunu deyib: "İnanıram ki, bu, sonuncu dəfə olacaq".

Müğənni və aktrisa Fulden Uras uzun müddətdir ki, səhhətində problemlər yaşayır. Əvvəllər bağırsaq və döş xərçəngi olan, dəfələrlə əməliyyat olunan müğənni yenidən əməliyyat olunacağını açıqlayıb. Keçən il sağ döşü çıxarılan Fulden Uras "İnstaqram" hesabında sol döşünün cümə günü çıxarılacağını açıqlayıb.

Pərəstişkarlarından dualar istəyən 56 yaşlı müğənni bildirib: "İnanıram ki, bu, sonuncu olacaq, onsuz da aparacaq bir şey qalmayıb. Əməliyyatım cümə günü səhər saat 8-də olacaq. Uzun bir əməliyyat olacaq, dualarınızı etsəniz çox şad olaram”.