Seneqallı QHT rəhbəri NƏLƏRİ DANIŞDI?

3 Oktyabr 2024 14:16 (UTC+04:00)

Afrikadakı müstəmləkəçiliyin köklərini bilmək üçün tarixə nəzər yetirmək lazımdır. Xll əsrdə Mali konstitusiyası indiki insan hüquqları tipində bir sənəd idi. Halbuki Avropa bunu 800 il sonra etdi. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında seneqallı QHT rəhbəri Alasan Qise söyləyib.

“Təəssüf ki, müasir dövrdə də neokolonializm bitməyib. Lakin biz mübarizə aparırıq. Harada ki, repressiya, təzyiq, qırğın varsa, orada mübarizə də olmalıdır. Gənclər isə bu mübarizədə daha öndə dayanırlar. Ən əsası, Bakı Təşəbbüs Qrupu beynəlxalq miqyasda sözümüzü demək üçün bizə çox böyük kömək göstərir. Bu platforma çərçivəsində Bakıda çıxış etmək bizim üçün böyük üstünlükdür”, - deyə o əlavə edib.