Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyulub

3 Oktyabr 2024 13:54 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimində iştirak ediblər. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.