Prezident Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub

3 Oktyabr 2024 13:50 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunun Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.