Baş nazir Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb - FOTO

3 Oktyabr 2024 13:36 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub.

Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.