Keçmiş futbolçu otel otağında ölü tapılıb

3 Oktyabr 2024 12:52 (UTC+04:00)

İtaliya A seriyasında çıxış edən keçmiş futbolçu Andrea Kapone otel otağında ölü tapılıb. 43 yaşında dünyasını dəyişən Kaponenin ölüm səbəbi məlum olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada bir çox komandada çıxış edən Andrea Kapone dünyasını dəyişib.

Kapone İtaliyanın Kalyari şəhərində 5 ulduzlu otelin otağında ölü tapılıb. İtaliya mətbuatında yer alan xəbərlərə görə, Kapone dostları ilə çöldə vaxt keçirərkən yıxılaraq başından zərbə alıb. Lakin Kapone bu zərbəni ciddiyə almadan otelə qayıdıb və daha sonra ölü tapılıb.

Andrea Kaponenin ölüm səbəbi yarılma zamanı məlum olub. Kaponenin infarktdan öldüyü anlaşıldı. Onun ölümündə yıxılaraq aldığı xəsarətlərin faktor olmadığı məlum olub.

Andrea Kapone 8 yanvar 1981-ci ildə İtaliyanın Kalyari şəhərində anadan olub. O, aktiv futbolçu karyerasını ölkəsi İtaliyada 1998-2010-cu illərdə yarımmüdafiə sahəsində keçirib. O, Kalyari, Sora, Treviso, Viçenza, Grosseto və Salernitana komandalarında çıxış edib. O, meydanda keçirdiyi 203 matçda 25 qol vurub.