Vətəndaşın 12 min manatı dələduzluq yolu ilə ələ keçirilib

3 Oktyabr 2024 11:20 (UTC+04:00)

Bakıda vətəndaşa qarşı dələduzluq edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 12.500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.