Bərdə bazarında ər arvadını bıçaqlanıb

3 Oktyabr 2024 09:57 (UTC+04:00)

Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb. SİA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Qasımova Gülnar Ərşad qızı, həyat yoldaşı Qasımov Ayaz İmamqulu oğlu tərəfindən bıçaqlanıb.

Kişi daha sonra özünə xəsarət yetirib.

Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.