Avropada qazın qiyməti 450 dollardan aşağı enib

3 Oktyabr 2024 09:48 (UTC+04:00)

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 450 ABŞ dollarından aşağı enib. SİA xəbər verir ki, 2 oktyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 444,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (450,6 dollar) ilə müqayisədə 1,4% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.