Bakıda avtomobil qadını vuraraq öldürüb

3 Oktyabr 2024 09:43 (UTC+04:00)

Bakıda ölümlə nəticələn yol qəzası olub. SİA xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində qeydə alınıb.

Cavid Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Elmira İsmayılovanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.