Bakıda məktəblilər arasında bıçaqlanma olub

3 Oktyabr 2024 09:03 (UTC+04:00)

Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib. SİA-nın xəbərin görə, hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin 10-cu sinif şagirdləri olan 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.