Türkiyəli aktrisanın başına iş gəldi

3 Oktyabr 2024 07:40 (UTC+04:00)

Türkiyəli aktrisa Hande Doğandəmirin başına iş gəlib. SİA xəbər verir ki, bu haqda “Milliyyet” məlumat yayıb. Belə ki, hazırda “Taş, Kağıt, Makas” serialında “Güneş” obrazını canlandıran aktrisa evində yıxılıb və qabırğasını sındırıb. O, rol aldığı “Yaren Leylek” filminin qala gecəsində aldığı xəsarətlə bağlı danışmağa xeyli çətinlik çəkib.