Pezeşkian Qətərdə səfərdədir

3 Oktyabr 2024 00:57 (UTC+04:00)

İran Prezidenti Məsud Pezeşkian Qətərdə rəsmi səfərdədir. SİA xəbər verir ki, bu, Pezeşkianın İran Prezidenti vəzifəsinə başladıqdan sonra ərəb ölkəsinə ilk səfəridir. Pezeşkianın oktyabrın 3-də Qətərdə Asiya Əməkdaşlıq Dialoqunun üçüncü sammitində iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından təşkilata İran sədrlik edir.