Husilərlə əlaqələrə görə sanksiyaya məruz qaldılar

3 Oktyabr 2024 06:07 (UTC+04:00)

ABŞ Maliyyə Nazirliyi Yəməndəki “Ənsar Allah” üsyançı hərəkatından olan husilərlə əlaqəli sanksiyalar siyahısını genişləndirib. SİA xəbər verir ki, bu barədə maliyyə qurumunun məlumatında deyilir. Məlumata görə, sanksiyalar Yəmən vətəndaşına, həmçinin Çindən olan 2 şirkətə və Marşal adalarında yerləşən 1 şirkətə qarşı tətbiq edilib.