Son 55 ildə ABŞ-ı vuran ikinci ən ölümcül qasırğa

3 Oktyabr 2024 05:17 (UTC+04:00)

"Helen” son 55 ildə ABŞ-da müşahidə edilən ikinci ən ölümcül qasırğadır. O, yalnız 2005-ci ildəki “Katrina”dan geri qalır. SİA xəbər verir ki, qasırğa qurbanlarının sayı 160 nəfəri ötüb, yüzlərlə insan itkin düşmüş sayılır. Qasırğanın təsirinə məruz qalmış bir çox ərazilərdə elektrik enerjisi təchizatı dayanıb, rabitə kəsilib. Şimali Karolina ştatında yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.

Qeyd edək ki, Prezident Cozef Bayden Şimali Karolinaya səfər etməyi planlaşdırır. O, daha sonra Corciya və Floridaya gedəcək.