Messi milliyə qayıtdı

2 Oktyabr 2024 22:17 (UTC+04:00)

“İnter Mayami”nin futbolçusu Lionel Messi Argentina millisinə qayıdıb.

SİA Qol.az-a istinadən xəbər verir ki o, Argentina millisinin dünya çempionatına seçmə mərhələsində Venesuela və Boliviya ilə qarşılaşmalar üçün açıqlanmış heyətdə yer alıb. 37 yaşlı futbolçu zədə səbəbindən bir müddət millidən uzaq qalmışdı.

Qeyd edək ki, Lionel Messi bu mövsüm “İnter Mayami”nin heyətində 16 matça çıxaraq 15 qol vurub və 10 qolun ötürməsini edib.