Fransa İranın İsrailə hücumunun dəf edilməsində iştirak edib

2 Oktyabr 2024 21:37 (UTC+04:00)

Fransa silahlı qüvvələri İranın İsrail ərazisinə raket hücumunun dəf edilməsində iştirak edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə deyilir.

…Fransa İranın İsrail ərazisinə etdiyi ballistik raket hücumunu pisləyir.

Fransa Yaxın Şərqdəki silahlı qüvvələrinin İranın bu təhdidinin dəf edilməsində iştirak etdiyini təsdiqləyir.

…Xarici İşlər Nazirliyi Fransa diplomatiyasının rəhbəri Jan-Noel Barrotun yaxın günlərdə yenidən Yaxın Şərqə səfər edəcəyini qeyd edib.

Fransa israrla Yaxın Şərqdə vəziyyətin deeskalasiyasına çağırır və münaqişə tərəflərindən hərbi əməliyyatları dayandırmağı tələb edir.

Bunlar kommünikedə vurğulanır.

Əli Babayev