Adanada TEKNOFEST ilk qonaqlarını qəbul etməyə başladı

2 Oktyabr 2024 19:43 (UTC+04:00)

Türkiyənin Adana şəhərində təşkil edilən Aviasiya, Kosmos və Texnologiya Festivalı - TEKNOFEST ilk qonaqlarını qəbul etməyə başladı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Texnologiya Komandası Fondu ilə Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi ilə Adana Hava Limanında baş tutan, aralarında dövlət, texnologiya, universitet və medianın da olduğu 128 qurumun iştirakı ilə keçirilən festival öz qapılarını qonaqlara açıb.

Adanada ilk dəfə təşkil edilən festival yüksək texnologiyalı simulyasiyalardan tutmuş seminar və sərgilərə qədər bütün yaş qruplarından olan iştirakçılar üçün nəzərdə tutulub.

“Türk yıldızları”, “Solotürk”, “Hürküş”, “Hürjet”, “Bayraktar Akıncı”, “Bayraktar TB3”, Jandarma Polad Qanadları və hücum helikopterlərinin səma ilə görüşdüyü festivalda üzüm salxımı, paramotor şousu və paraşütlə tullanma nömrələri var.

Tədbir çərçivəsində tələbələrlə ilk uçuş tədbiri də keçiriləcək.

4 gün davam edəcək festivalda müxtəlif sahələr üzrə 50 müsabiqə olacaq.

TEKNOFEST 2024-də yaradılacaq "Köklərdən gələcəyə: Texnofest Rəqəmsal Kainat" təcrübə sahəsi iştirakçılarını Anadolu alimlərinin izi ilə rəqəmsal səyahətə çıxaracaq.

Festivalda iştirakçılar “Zəfər yolunda: Çanaqqala rəqəmsal təcrübə sahəsi”ndə Türkiyə əsgərlərinin Çanaqqala cəbhəsindəki çətin mübarizəsini simulyasiya edəcək və TEKNOFEST Zaman Tunelində təşkilatın tarixinə baxacaqlar.