Belqorod vilayətinin atəşə tutulması nəticəsində 13 nəfər yaralanıb

2 Oktyabr 2024 18:34 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Yasnıye Zori kəndində kənd təsərrüfatı müəssisəsini atəşə tutması nəticəsində 13 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə sərhəd bölgəsinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında bildirib.

O qeyd edib ki, 11 qurban Belqoroddakı xəstəxanalara aparılıb.

…İki qurban ağır vəziyyətdə regional klinik xəstəxanaya çatdırılıb: bir nəfərin kürəyində və ayaqlarında kor qəlpə yaraları, qapalı kəllə-beyin travması və kontuziya, ikincinin boyun və qol nahiyəsində kor qəlpə yaraları var.

Qladkov yazıb.

Yaralıların bəziləri Belqoroddakı 2 saylı şəhər xəstəxanasına aparılıb. Daha iki zərərçəkən Oktyabr rayon xəstəxanasında qalıb. Qladkov hər kəsə lazımi köməklik göstərildiyini vurğulayıb.

Əli Babayev