Sudan Türkiyəyə təşəkkür edib...

2 Oktyabr 2024 18:44 (UTC+04:00)

Sudan Suverenlik Şurasının üzvü və ordu komandanının müavini Şəmsəddin əl-Kebbaşı Türkiyənin regional və beynəlxalq platformalarda, xüsusilə da humanitar sahədə ölkəsinə verdiyi dastayi yüksək qiymətləndirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Suveren Şurasından verilən açıqlamaya görə, Kebbaşı Türkiyənin Xartumdakı səfiri Fatih Yıldızı Port Sudandakı ofisində qəbul edib.
Kebbaşı müharibə zamanı Sudan xalqına göstərdiyi dəstəyə və yardıma görə Türkiyə hökumətinə təşəkkür edib.
Sudan hökumətinin iki ölkə arasında əlaqələri gücləndirmək istədiyini bildirən Kebbaşı iki ölkə xalqının maraqlarına xidmət etmək üçün bütün sahələrdə birgə əməkdaşlığı davam etdirmək istədiklərini vurğuladı.
Səfir Fatih Yıldız isə öz növbəsində Türkiyənin Sudan xalqına dəstək və yardımı davam etdirəcəyini bildirib.
Fatih Yıldız Sudan ilə ikitərəfli əlaqələri və əməkdaşlığı inkişaf etdirməyi hədəflədiklərini qeyd edib.