Medvedevə yeni vəzifə verildi…

2 Oktyabr 2024 18:26 (UTC+04:00)

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rostelekom” PSC-nin Direktorlar Şurasının sədri seçilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidməti rəsmi saytında yazır.

Mətbuat xidməti izah edib ki, 2024-cü il sentyabrın 16-da səhmdarların illik ümumi yığıncağında seçilmiş yeni direktorlar şurasının ilk iclası keçirilib.

İclasda direktorlar şurasının dörd komitəsi formalaşdırılıb, onların şəxsi tərkibi və sədrləri müəyyən edilib - strategiya, korporativ idarəetmə, kadr və mükafatlandırma, audit komitəsi…

Qeyd edək ki, Dmitri Medvedev 2000-2001 və 2002-2008-ci illərdə Rusiya Federasiyasının prezidenti seçildikdən sonra tərk etdiyi "Qazprom"un direktorlar şurasının sədri vəzifəsində çalışıb.

Bundan sonra o, dövlət şirkətlərində vəzifə tutmayıb.

Əli Babayev