Şolz və Makron İranın İsrailə endirdiyi zərbələri pisləyib

2 Oktyabr 2024 18:16 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron Berlində danışıqlar aparıb, onlar Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyətin pisləşməsini müzakirə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.

…Kansler və prezident Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Onlar İranın İsrailə raket hücumlarını ən sərt şəkildə pisləyiblər.

Bunu Hebestreit bildirib.

…İsrail və “Hizbullah” arasındakı münaqişəyə gəldikdə, onlar bir daha bir çox dövlətlərin dərhal atəşkəs yaratmaq və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirmək çağırışını xatırladıblar.

Bunu da alman jurnalist əlavə edib.

Qeyd edək ki, bundan əlavə, Makron və Şolz “lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəklərini” də təsdiqləyiblər.

Almaniya Nazirlər Kabinetinin nümayəndəsi dəqiqləşdirib ki, kansler və prezident arasında görüş digər məsələlərlə yanaşı, oktyabrın 17-18-də Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitinə hazırlıqla bağlı Avropa siyasəti məsələləri üzrə mövqelərin əlaqələndirilməsi məqsədi daşıyıb. .

Əli Babayev