SOCAR “Qazpromneft” ilə müzakirələr aparır

2 Oktyabr 2024 15:19 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazpromneft” ASC qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Bu barədə SİA SOCAR-a istinadən xəbər verib.

Bildirilib ki, SOCAR prezidenti Rövşən Nəcəf ilə “Qazpromneft”in İdarə Heyətinin sədri Aleksandr Dyukov arasında görüş keçirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.