Dr.İlqar Tahiroğlu beynəlxalq proktor seçilib

2 Oktyabr 2024 11:07 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının İnvaziv kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu Hindistan Respublikasının Meril firmasının Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) qapaqları üzrə beynəlxalq proktoru seçilib. SİA xəbər verir ki, dr. İlqar Tahiroğlu ölkəmizdə “Medtronik” və “Meril” firmalarının yeganə TAVİ proktorudur. Bu münasibətlə Dr.İlqar Tahiroğlunu ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyirik!

Rəşad Mahmudov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı